Rusiya ilk dəfə Ukraynanın “Neptun” raketini ƏLƏ KEÇİRDİbackend

Rusiya ilk dəfə Ukraynanın "Neptun" raketini ƏLƏ KEÇİRDİ

Rusiyanın hava hücumundan müdafiə sistemləri ilk dəfə Ukraynanın “Neptun” gəmi əleyhinə raketini ələ keçirib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin bu tipli raketinin tutulması barədə ilk dəfə müdafiə nazirliyi məlumat yayıb.

Raketin dəqiq harada tutulduğu açıqlanmayıb. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri iki HARM anti-radar raketini ələ keçirib.

Həmçinin Donetsk və Luqanskda, eləcə də Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 27 PUA-nın məhv edildiyini açıqlayıb. “Neptun” Ukraynanın qanadlı raketidir, döyüş və nəqliyyat gəmilərini məhv etmək üçün nəzərdə tutulub. O, Sovet Kh-35 raketi əsasında hazırlanıb – “Neptun” ondan daha geniş diapazonu, ölçüsü və idarəetmə sistemi ilə fərqlənir.

KONKRET.az,

Vəli Həsənov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*