Rusiyaya məxsus Su-30 qırıcısı Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus gəmini məhv edib.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün Ukraynanın yüksəksürətli hərbi gəmisi Zmeynı adasının şərqində vurulub.
Hələlik Ukrayna tərəfi itkiləri açıqlamayıb. Avqustun 22-də Rusiya Müdafiə Nazirliyi bir qrup ukraynalı paraşütçünün yerləşdiyi ABŞ istehsalı olan qayığın həmin ərazidə məhv edildiyini bildirmişdi. Bundan əlavə, Rusiya müdafiə nazirliyi Ukrayna silahlı qüvvələrinə məxsus gəminin təyyarə topu ilə vurulduğu anın kadrlarını nümayiş etdirib. Bundan əvvəl, iyulun 12-də Rusiya Silahlı Qüvvələrinin Zmeynı adasındakı Ukrayna hərbi obyektlərinə kütləvi raket zərbəsi endirdiyi məlum olub. Hücum döyüş təyyarələri və dronların köməyi ilə həyata keçirilib.
Vəli Həsənov,
KONKRET.az