Rusiya “Vaqner”i bu ölkəyə yerləşdirdi – Qərb təşviş içindəbackend

Rusiya “Vaqneri bu ölkəyə yerləşdirdi - Qərb təşviş içində

Rusiya ordusunun Ukrayna sərhədinə yerləşdirilməsindən sonra rəsmi Moskva ilə Qərb arasında gərginliyin artdığı vaxtda, daha bir cəbhə Afrikada açıldı.

KONKRET.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilir ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkətini Maliyə yerləşdirməsi Avropa ölkələrinin narahatlığına səbəb olub.

Bununla bağlı 15 Avropa ölkəsi Rusiyaya “Vaqner”i Malidən çıxarmaqla bağlı çağırış edib:

“Rusiyanın “Vaqner” qrupunun Malidə yerləşdirilməsinə maddi dəstək verdiyindən xəbərdarıq. Biz Rusiyanı regionda məsuliyyətli və konstruktiv davranışa qayıtmağa çağırırıq. “Vaqner”in Maliyə göndərilməsi insan haqlarının pozulmasına və ölkədə sülh səylərinə mane olacaq”.

Qeyd edək ki, hazırda “Vaqner” qrupunun 500 əsgəri Malinin paytaxtı Bamakodadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*