Rusiya və Belarusun UNESKO-dakı üzvlüyü dayandırıla bilər – TƏKLİFbackend

Rusiya və Belarusun UNESKO-dakı üzvlüyü dayandırıla bilər - TƏKLİF

Litva dövləti Rusiya və Belarusun UNESKO-ya üzvlüyünün dayandırılmasını təklif edib.

KONKRET.az TASS agentliyinə istinadən xəbər verir ki, təklif edilən layihədə Rusiyanın Ukraynaya qarşı hərəkətləri beynəlxalq hüququn və BMT nizamnaməsinin prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Rusiyanın bu addımlarının, eyni zamanda, UNESKO-nun missiyası və dəyərlərinə də zidd olduğu qeyd edilib.

Litva Ukrayna hadisələri ilə əlaqədar Rusiya Federasiyası və Belarusun UNESKO-ya üzvlüyünün dayandırılması təklifi  ilə çıxış edəcək. Qeyd edilib ki, Rusiyanın Ukraynadakı hərəkətləri Avropada və bütün dünyada təhlükəsizlik və sabitliyə təhlükə yaradır.

Qətnamə layihəsi sabah müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*