Rusiya prezidenti Vladimir Putin Çinlə Beynəlxalq Ay Elmi Stansiyasının yaradılmasına dair sazişi təsdiqləyib.
KONKRET.az xəbər verir ki, “Roskosmos” Türkiyənin mayın 28-dən etibarən layihəyə daxil olduğunu açıqlayıb.
Bu isə o deməkdir ki, Rusiya və Çin Ayda ortaq stansiya qurmaq üçün hərəkətə keçir. Rusiya prezidenti Vladimir Putin Çinlə “Beynəlxalq Ay Elmi Stansiyasının yaradılmasına dair Sazişin Təsdiq edilməsi haqqında Qanun”u imzalayaraq layihəyə yekun razılıq verib.
Rusiya parlamentinin aşağı palatası olan Dumanın mayın 28-də, parlamentin yuxarı palatası Federal Şuranın isə iyunun 5-də təsdiqlədiyi fərmana əsasən, Ay Stansiyası İki ölkə arasında əməkdaşlıqla qurulacaq, 2027-2032-ci illər arasında Rusiya Dövlət Nüvə Təşkilatı tərəfindən inşa ediləcək. İşlərin Enerji Təşkilatı (Rosatom) tərəfindən həyata keçirilməsi gözlənilir.
Layihədə Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) və Çin Milli Kosmos İdarəsinin (CNSA) birgə kosmos tədqiqatları aparması planlaşdırılır.
Türkiyə də daxil olub
“Roskosmos”un baş direktorunun müavini Sergey Savelyev mayın 28-dən etibarən layihədə Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və Cənubi Afrika da daxil olmaqla 12 ölkənin iştirak etdiyini açıqlayıb.
Digər tərəfdən, Rusiya və Çin hökumətləri arasında 25 noyabr 2022-ci ildə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması ilə bağlı müqavilə imzalanıb.
Natiq Səlim,
KONKRET.az