Rusiya və İran Azərbaycandan keçən qaz marşrutunu işə salır – Ermənistan yenə kənarda qaldıbackend

Rusiya və İran Azərbaycandan keçən qaz marşrutunu işə salır - Ermənistan yenə kənarda qaldı

Rusiya və İran Azərbaycan ərazisindən qaz kəmərinin çəkilməsi marşrutu barədə razılığa gəliblər. Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian ilə danışıqlardan sonra iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin artıq işlənmə mərhələsində olduğunu təsdiqləyib. Layihənin ildə 2 milyard kubmetrə qədər tədarüklə başlaması, potensialın isə 55 milyard kubmetrə qədər artacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə siyasi elmlər doktoru, professor Vaqe Davtyan “verelq.am” saytında yazıb.

Onun sözlərinə görə, İranda təbii qaza tələbat ildən-ilə artır:

“İran ildə təxminən 260 milyard kubmetr qaz hasil etməsinə baxmayaraq, yüksək istehlak səbəbindən daxili qaz defisiti ilə üzləşir.

Lakin Rusiya-İran qaz kəmərinin iqtisadi deyil, geosiyasi əhəmiyyəti var. Mahiyyət etibarı ilə bu, çoxqütblü enerji sisteminin formalaşmasında mühüm mərhələdir. Bu, Rusiya, İran, Qətər və Türkmənistanın (qlobal istehsalın 50%-dən çoxu) iştirakı ilə qaz qovşağının yaradılması üzrə danışıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir”.

O, qeyd edib ki, belə meqalayihələrin həyata keçirilməsi fonunda Ermənistan növbəti dəfə kənarda qalıb:

“Xüsusilə Azərbaycan ərazisindən tədricən formalaşan Şimal-Cənub enerji nəqliyyatı marşrutu istiqamətində dəqiq xarici siyasət strategiyasının olmaması səbəbindən potensial əlverişli coğrafi mövqe reallaşdırılmamış qalır”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*