Rusiya və İranın ən böyük layihəsi: Tehran özü nüvə yanacağı istehsal edir? – İslami AÇIQLADIbackend

Rusiya və İranın ən böyük layihəsi: Tehran özü nüvə yanacağı istehsal edir? – İslami AÇIQLADI

İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının (AOEI) rəhbəri Məhəmməd İslami rəsmi Tehranın təkbaşına nüvə yanacağı istehsal etdiyini və yaxın gələcəkdə bundan Buşəhr AES-də istifadə etməyi planlaşdırdığını deyib.

KONKRET.az xəbər verir ki, Məhəmməd İslami bu barədə “RİA Novosti”yə müsahibəsində bildirib:

“İran özü nüvə yanacağı istehsal edə bilər. Biz “Rosatom”la danışıqlar apardıq və ümid edirik ki, qarşılıqlı fəaliyyət nəticəsində və bağladığımız müqavilələr əsasında Buşəhrdə yerləşən reaktorda İran yanacağının istifadəsinə başlaya biləcəyik” – deyə İslami vurğulayıb.

Qeyd edək ki, Buşəhr AES-də enerji bloklarının tikintisi Rusiya və İranın ən böyük layihəsi hesab olunur. Rusiyanın iştirakı ilə tamamlanan AES-in birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. İkinci blokun tikintisi davam edir və artıq üçüncü enerji blokunun tikintisi üçün müqavilə imzalanıb. Bundan əlavə, Moskva birinci blokun reaktorunun işləməsi üçün lazım olan nüvə yanacağı ilə Tehranı təmin edir. Rusiya yanacağı sonuncu dəfə 29 aprel 2020-ci tarixində İrana çatdırılıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*