“Rusiya və Ukrayna yüksək səviyyəli hərbi liderlər arasında gizli danışıqlara başlayıb”.
KONKRET.az xəbər verir ki, belə bir iddia ilə amerikalı jurnlaist Seymur Herş çıxış edib.
O, adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yüksək səviyyəli hərbi komandirlərin rəhbərlik etdiyi gizli sülh danışıqlarının getdiyini bildirib.
“Volodimir Zelenski və Ağ Evin müqavimətinə baxmayaraq dialoq fəallaşır”.
Herş iddia edir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi rusiyalı Valeri Gerasimov və Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı tərəfindən başlanmış sülh danışıqlarında iki yüksək rütbəli general əsas rol oynayır.
Burhan,
KONKRET.az