KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Prezident Vladimir Putin iki dəfə Rusiyanın prezidenti seçilmiş şəxsin növbəti dəfə prezident seçilmək hüququna sahib olmasının əleyhinədir.
O, bunu illik mətbuat konfransında vurğulayıb.
Qeyd edək ki, Rusiya Federasiyası Konstitusiyasının 81-ci maddəsinin dördüncü fəslinə görə, eyni şəxs ardıcıl olaraq iki dəfədən çox Rusiya Federasiyasının prezidenti ola bilməz. Prezident gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında altı il müddətinə seçilir. 35 yaşından kiçik olmayan, ən azı 10 il ölkədə daimi yaşayan Rusiya vətəndaşı dövlət başçısı seçilə bilər.