Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.
Təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə yaxın saatlarda qərar açıqlayacaq.