Rusiya Xarkova 500 kiloluq bomba atdıbackend

Rusiya Xarkova 500 kiloluq bomba atdı

İyunun 27-də rus qoşunları Xarkova hava zərbəsi endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun məlumatında deyilir.

Bildirilir ki, ruslar ilk dəfə şəhərə qarşı “FAB-500″dən (yüksək partlayıcı hava bombası) istifadə edib. Bu, onların əvvəllər Xarkovu atəşə tutması zamanı istifadə etdiyi “KAB” və “FAB-250″dən iki dəfə güclüdür.

Zərbələr Rusiyanın Belqorod vilayətinin Mayski kəndindən endirilib.

Atışma nəticəsində üç fərdi ev, ali təhsil müəssisəsinin binası və Dövlət Fövqəladə Hallar Xidmətinin (FHN) binası zədələnib.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*