Rusiya qoşunları Xarkov şəhərinin mərkəzinə idarəolunan aviazərbələr endirib.
KONKRET.az bildirir ki, bu barədə şəhərin meri İqor Terekov sosial şəbəkələrdə məlumat verib.
Merin sözlərinə görə, ruslar KAB-larla (FAB-250) iki zərbə endiriblər.
Terekov bildirib ki, çoxmərtəbəli bina uçub, insanlar dağıntılar altında qalıb. İkinci bomba mülki müəssisəyə dəyib.
Xarkov merinin son məlumatına görə, transformator yarımstansiyası və tikiş müəssisəsi dağılıb.
Hazırda 10 yaşlı uşaq da daxil olmaqla 18 nəfərin yaralandığı məlumdur. Onların hamısı xəstəxanadadır.
Müşviq Tofiqoğlu
KONKRET.az