Rusiya xəbərdarlıq etsə də, İrəvan Putinin həbsi ilə bağlı sənədi ratifikasiya edəcəkbackend

Rusiya xəbərdarlıq etsə də, İrəvan Putinin həbsi ilə bağlı sənədi ratifikasiya edəcək

Ermənistan hökuməti tezliklə Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etmək üçün parlamentə müraciət edəcək.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bu gün jurnalistlərlə söhbətində bildirib. Rəsmi Moskva isə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasını qəbuledilməz hesab edir. TAAS xəbər verir ki, belə bir qərarın qəbulu Moskva ilə münasibətlərə son dərəcə mənfi təsir edəcək və bununla bağlı İrəvana artıq xəbərdarlıq edilib.

Xatırladaq ki, bu il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbs edilməsi barədə qərar çıxarıb. Həmin qanun Ermənistan parlamentində ratifkasiya edilərsə, Rusiya prezidenti Vladimir Putinin Ermənistana gələcəyi təqdirdə həbs edilmək ehtimalı var.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*