Rusiya Xəzərin bölünməsinə dair Konvensiyanı təsdiqlədibackend

Rusiya Xəzərin bölünməsinə dair Konvensiyanı təsdiqlədi

Konkret.az xəbər verir ki, Dövlət Duması üçüncü və son oxunuşda Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya edib. Qanun layihəsi parlamentin aşağı palatasının məlumat bazasında dərc olunub.

Qeyd edək ki, Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan liderlərinin 2018-ci ilin avqustunda 22 illik müzakirədən sonra Konvensiya imzalanıb. Konvensiya Xəzər hövzəsində yeraltı qatların demarkasiyası xətlərinin yaradılması üçün əsas yaradır, daşınma, balıq ovu və magistral boru kəmərlərinin çəkilməsi qaydalarını müəyyən edir. Bundan əlavə, sənədə görə, Xəzər sahilində xarici hərbi bazaların yaradılması qadağan olunur və yalnız onu imzalayan ölkələrin bayraqları altında gəmilər üzə bilər.

Xəzər dənizinin bölünməsi ilə bağlı danışıqlar 1996-cı ildə, SSRİ dağılandan sonra başlayıb. Sovet dövründə Xəzərin statusu Sovet İttifaqı ilə İran arasındakı razılaşma ilə tənzimlənirdi. Prezident Vladimir Putin sənədin imzalanmasına münasibət bildirərək, bunu “müasir, balanslaşdırılmış beynəlxalq müqavilə” adlandırıb.

Qeyd edək ki, Prezident Vladimir Putin bu sənədi hələ iyul ayında Dumaya təqdim etmişdi.

Yeri gəlmişkən, ABŞ Enerji İnformasiya Agentliyinin məlumatına görə, Xəzər bölgəsindəki neft ehtiyatları təxminən 48 milyard bareldir. Bunlardan 6,1 milyardı Rusiya ərazisinə, 31,2 milyardı Qazaxıstana, qaz ehtiyatları isə 7,85 trilyon kubmetrə düşür ki, burada da rusların payı 3 trilyon kubmetrdir.

 

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*