Rusiya XİN: “İrəvan Avrasiya İqtisadi Birliyindən imtina etməyəcək”backend

Rusiya XİN: “İrəvan Avrasiya İqtisadi Birliyindən imtina etməyəcək”

“Moskva ümid edir ki, İrəvan investisiyalar və “parlaq gələcək” vəd edən ABŞ və Avropa İttifaqına görə Avrasiya İqtisadi Birliyindən (AİB) imtina etməyəcək”.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici işlər nazirliyinin MDB ölkələrinin birinci departamentinin direktoru Mikael Ağasandyan səsləndirib.

“AİB çərçivəsində Moskva ilə İrəvan arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bunu müşahidə etmək üçün iqtisadiyyat və ya siyasət sahəsində mütəxəssis olmağa ehtiyac yoxdur. Birlik İrəvan üçün faydalıdır. Bunun sayəsində Ermənistanda iqtisadi artım templəri müsbət dinamika nümayiş etdirir, bununla da çox az ölkə öyünə bilər”, – Ağasandyan bildirib.

İrəvanın NATO və Aİ ilə yaxınlaşma istiqamətində tutduğu kursu şərh edən diplomat Ermənistanın Qərb dövlətlərinin “felinə uyduğunu” bildirib.

“Bizim tərəfdaşlarımız (Ermənistanı nəzərdə tutur – red.) açıq şəkildə onlara investisiyalar, texnologiya və parlaq gələcək vəd edən qərblilərin tərəfinə keçiblər. Bu yanaşma artıq onlar tərəfindən postsovet məkanında dəfələrlə istifadə olunub. Bunun nə olduğunu hamımız bilirik” deyə o yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*