Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdibackend

Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi

Rusiya Tokionun oktyabrın sonu – noyabrın əvvəlində ABŞ-lə birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı Yaponiya səfirliyinə kəskin etiraz göndərib.

KONKRET.az xəbər verir ki, bu haqda Rusiya XİN məlumat yayıb.

Nazirlik vurğulayıb ki, onlar təlimləri, Rusiya sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində (Hokkaydodan Rusiyanın Kunaşira adasına qədər olan məsafə təxminən 20 km-dir) keçirməyi planlaşdırırlar.

XİN Yaponiya səfirliyinə Rusiyanın müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq üçün qaçılmaz adekvat tədbirlər barədə xəbərdarlıq edib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*