Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib ki, Tokio Kuril adalarının cənub hissəsində balıq ovu məsələsi ilə bağlı Moskva ilə məsləhətləşmələrin bərpası istiqamətində addımlar atmaq niyyətindədir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, hazırda müxtəlif səviyyələrdə koordinasiya aparılır, lakin Tokio balıq ovu məsələsi ilə bağlı Moskvadan müsbət cavab almayıb.
Kamikava daha sonra Rusiyanı günahlamdırıb. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın heç kimlə, o cümlədən Yaponiya ilə ərazi mübahisəsi yoxdur, bütün ərazi mübahisələri çoxdan bağlanıb.
Vəli Həsənov,
KONKRET.az