Rusiya ordusu Çerkaska vilayətinin Uman şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Çerkaska vilayət hərbi administrasiyasının rəhbəri İqor Taburets bildirib.
Onun sözlərinə görə, raket zərbəsi nəticəsində 23 nəfər həlak olub, yaralananlar var.
Binadakı 46 mənzildən 27-si dağılıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.