Rusiya yeni hipersəsli raketi sınaqdan keçirdi – ilk dəfə gəmidənbackend

Rusiya yeni hipersəsli raketi sınaqdan keçirdi - ilk dəfə gəmidən

Rusiyanın ən yeni hipersəsli “Çirkon” raketi ilk dəfə gəmidən sınaqdan keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi güc strukturlarının Şimal-Qərb federal dairəsinə istinadən yayıb.

Belə ki, yanvar ayında “Admiral Qorşkov” freqatı Şimali Uralın hərbi poliqonunda yerüstü məqsədlər üçün Barençev dəniz akvatoriyasından “Çirkon”la atəş açıb.

Qeyd olunur ki, raketin uçuş məsafəsi 500 km-dən çox olub.

Mənbələr bildiriblər ki, gəmidən sınaq buraxılışının proqramı başa çatdıqdan sonra bu raketlərin buraxılması atom sualtı qayıqlarından həyata keçiriləcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*