“Rusiya yeni konfiqurasiya, yeni üsullar tapacaq” – İLGİNC MƏKTUBbackend

“Rusiya yeni konfiqurasiya, yeni üsullar tapacaq” - İLGİNC MƏKTUB

“Ermənistan Respublikası suveren dövlət deyil. Paşinyan hökuməti mövcud olmaqda davam edərsə, o, hətta formal mənada dövlət olmaqdan çıxacaq”. 

KONKRET.az xəbər verir ki, bu fikirləri həbsxanadan erməni siyasətçi Armen Aşotyan yazıb.

O daha sonra bunları bildirib:

“Son illərdə, xüsusən də son aylarda təhlükəsizlik və xarici siyasət sahələrində qəbul edilən ən mühüm qərarlar erməni xalqının maraqlarına ziddir”.

Sentyabrın 19-nu erməni xalqının alnında çapıq adlandıran Aşotyan deyib:

“120 min insanın həyatı bahasına geosiyasi oyunlar oynamaqla Paşinyan yeganə müttəfiqlə mübarizəni davam etdirərək böyük xəyanətə yol verib.

Rusiyanın Cənubi Qafqazdan çəkiləcəyini iddia etmək üçün gərək tam cahil olasan. Rusiya hərbi bazası Gümrüdən, rus sülhməramlıları isə Qarabağdan çıxarılsa belə, Rusiya öz təbii geosiyasi bölgəsində mövcudluğunu davam etdirmək üçün yeni konfiqurasiya, yeni üsullar tapacaq. Qara dəniz, Xəzər dənizi və Yaxın Şərqdə maraqları və birbaşa iştirakı olan Rusiya onların arasında regionda mövcudluğu ilə bağlı vakuum yarada bilməz.

Ermənistanın “Qərb” perspektivi yoxdur, əks iddialar ya lirikdir, ya cəhalətdir, ya da hiylədir. Nəzəri olaraq, qonşu Gürcüstan Aİ-yə üzv olarsa, Ermənistanın belə bir şansı olardı, lakin hətta həmin ssenari, ən yaxşı halda, bu gün nəzəri olaraq qeyd olunmayan onilliyin ssenarisidir.

Rusiya-Qərb qlobal münaqişəsində Ermənistan dünyada yeganə ölkədir ki, tərəflərin dəyişməsi prosesinə start verib. Qalanları ya öz qütblərinə sadiqliyi, ya da neytrallığı ilə seçilirlər. Bu, geosiyasi intihardır.

Cənubi Qafqazdakı 3 regional gücdən ikisinin Rusiya və İranın BRICS üzvü olduğunu, Türkiyənin bu təşkilata üzvlük üçün müraciət etdiyini, Gürcüstanın da öz növbəsində strateji tərəfdaşlıq sazişi imzaladığını əlavə etdikdə dediyim daha qabarıq olur.

Bu qısa təsvir “geosiyasi zövqün” diqtəsi ilə deyil, yalnız erməni maraqlarının praqmatik təhlili ilə aydın olur. Erməni diplomatiyası üçün yaxın gələcəkdə real problemlər sırasına daha bir mühüm problemi əlavə edərdim. Erməni siyasi kursunda Fransa və Rusiyanın qarşıdurma xarakterli olmaması üçün səy göstərmək lazımdır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*