Rusiya yenidən ermənilərə xəyanət etdi: “Kremldən uzaqlaşmaq və Qərbə doğru yol almaq lazımdır” – Arşakyanbackend

Rusiya yenidən ermənilərə xəyanət etdi: “Kremldən uzaqlaşmaq və Qərbə doğru yol almaq lazımdır” - Arşakyan

“Rusiya növbəti dəfə erməni xalqına xəyanət etdi. Ona görə də Kremldən uzaq durmaq və Qərbə doğru yol almaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“İrəvanın xahişi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının dünənki iclası kimin əsl dost, kimin isə dost və müttəfiq cildinə girən düşmən  olduğunu bir daha göstərdi. Lakin BMT Təhlükəsizlik Şurasının iclasında aparılan müzakirələr erməni tərəfi üçün müsbət olsa da, biz papağımızı havaya atıb sevinməməliyik. BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib. Bəyanatlar isə qətnamə deyil və Bakı sadəcə söz və çağırışlara məhəl qoymayacaq” – deyə erməni analitik vurğulayıb.

Arşakyan iclasda Rusiya nümayəndəsinin çıxışına diqqət çəkib və Kremli hədəfə alıb: “Biz Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinməyə, habelə üçtərəfli bəyanatlar çərçivəsində razılaşmalara əməl etməyə çağırırıq”, – Rusiya nümayəndəsi qeyd edib. Bunu özünü Ermənistanın müttəfiqi adlandıran ölkənin nümayəndəsi deyir. Rusiya bu cür dişsiz çıxışla kifayətlənir. Müttəfiq hər şeyi daha konkret deyə bilərdi. Məncə, Rusiya ya bacarmır, ya da istəmir” – deyə erməni analitik bildirib.

“Rusiya növbəti dəfə erməni xalqına xəyanət etdi. Ermənistana təkcə Rusiya deyil, KTMT-dəki digər “müttəfiqlər” də xəyanət edir. Məsələn, KTMT-nin baş katibi Stanislav Zas İrəvanın beynəlxalq müstəvidə qaldırdığı Laçın dəhlizi məsələsinin təşkilatın səlahiyyətlərinə aid olmadığını bildirir. Və bütün bunlardan sonra Ermənistanda KTMT hərbi-siyasi blok kimi kimə lazımdır? Bu təşkilatda olmağımızın nə mənası var? Bu vəziyyət bir daha İrəvanın xarici siyasət prioritetlərinə dərhal yenidən baxılması məsələsini gündəmə gətirir – Rusiyadan uzaqlaşaraq Qərbə doğru yol almaq lazımdır” – Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*