Rusiya yenidən koronavirusa yoluxanların sayında 2-ci yerə çıxdı – 139 xəstə öldübackend

Rusiya yenidən koronavirusa yoluxanların sayında 2-ci yerə çıxdı - 139 xəstə öldü

Rusiyada bir gündə 9434 yeni koronavirus infeksiyası qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə mayın 23-də koronavirusla mübarizə üzrə əməliyyat qərargahından bildirilib.

Yeni hallar ölkənin 84 bölgəsində aşkar edilib.

23 may tarixində Rusiyada məcmu olaraq 335.882 koronavirus infeksiyası (+ 2.9%) tapılıb.

“Rospotrebnadzor”a görə, bütün dövr ərzində koronavirus üçün 8,4 milyondan çox laboratoriya müayinəsi aparılıb.

Hazırda 279,035 nəfər tibbi nəzarət altındadır.

Rusiyada bir gündə 139 xəstə koronavirus infeksiyasından ölüb. Ümumilikdə ölkədə 3,388 nəfər koronavirusdan dünyasını dəyişib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*