Rusiya yerinə həbsxananı seçdi – Ermənistanda kişi yetkinlik yaşına çatmayan qızını zorlayıb?backend

Rusiya yerinə həbsxananı seçdi - Ermənistanda kişi yetkinlik yaşına çatmayan qızını zorlayıb?

Ermənistanda 33 yaşlı qadın ərinin Rusiyaya pul qazanmaq üçün getməməsi üçün onu yetkinlik yaşına çatmayan qızına qarşı cinsi təcavüzdə günahlandırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Qurum vətəndaşın şikayəti əsasında aparılan ibtidai istintaqın başa çatdığını bildirib.

Qadın yalan ifadə verməkdə ittiham olunub.

İşin materiallarına görə, qadın ərinin Rusiyadan qayıtmayacağından qorxub və bu yolla ərini evdə saxlamağa qərar verib.

Ölkəni tərk etməmək üçün qadına yazılı bir öhdəlik təqdim edilib.

İddianamə ilə iş məhkəməyə göndərilib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*