Rusiyada 44 yaşlı azərbaycanlı 17 il əvvəl törədilən qətllə bağlı SAXLANILDIbackend

Rusiyada 44 yaşlı azərbaycanlı 17 il əvvəl törədilən qətllə bağlı SAXLANILDI

Rusiyanın Ryazan şəhərində 44 yaşlı azərbaycanlı 17 il əvvəl törədilən qətldə şübhəli bilinərək saxlanılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, istintaqın məlumatına görə, qətl hadisəsi 2006-cı il yanvarın 2-də axşam saatlarında Vıborq şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verib. Həmyerlimizin mübahisə zamanı 30 yaşlı opponentini ürək nahiyəsindən bıçaqladığı bildirilir. Ölən şəxsin cəsədi “VAZ-2107” markalı avtomobilin salonunda aşkar edilib.

Polis şübhəli şəxsi polis şöbəsinə aparıb və iki sutka prosessual həbs edib. Məlum olub ki, 44 yaşlı azərbaycanlı 2 il əvvəl Rusiya vətəndaşlığını alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*