Rusiyada 6,8 min yeni koronavirus infeksiyası qeydə alındıbackend

Rusiyada 6,8 min yeni koronavirus infeksiyası qeydə alındı

Rusiyada son bir gündə 6,8 min yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Telegram kanalı infeksiyanın yayılmasına nəzarət və izləmək üçün yaradılan əməliyyat qərargahına istinadən yayıb.

İyunun 24-dən 25-dək bir gün ərzində ölkənin 82 bölgəsində 7113 yeni yoluxma aşkarlanıb. Bu müddət ərzində 92 nəfərin öldüyü, 6342 nəfərin sağaldığı bildirilib.

İyunun 25-də Moskva meri Sergey Sobyanin paytaxtdakı koronavirus ilə bağlı vəziyyəti qiymətləndirib. Onun sözlərinə görə, şəhərdə ağciyər havalandırma cihazlarına qoşulan infeksiyalı xəstələrin sayı 21 faiz azalıb ki, bu da “yaxşı azalma”dır.

Şəhər meri əlavə edib ki, son bir həftə ərzində aşkar olunan koronavirus infeksiyası hallarının sayı 37 faiz azalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*