Rusiyada ağır yol qəzasında 5 nəfər öldübackend

Rusiyada ağır yol qəzasında 5 nəfər öldü

Rusiyanın Altay Respublikasında baş verən qəzada 5 nəfər ölüb, daha iki nəfər yaralanıb.

KONKRET.az Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kupçegen qəsəbəsi yaxınlığında iki avtomobil toqquşub.

Qəza nəticəsində xəsarət alan yeddi nəfərdən beşi hadisə yerində keçinib.

Digər iki yaralı Onqudayski rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri azyaşlıdır. Yol qəzası ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*