Rusiyada azərbaycanlı güllələndi – TƏFƏRRÜATbackend

Rusiyada azərbaycanlı güllələndi - TƏFƏRRÜAT

Avqustun 13-də saat 14:30 radələrində Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novosaratovka kəndində iki kişi arasında mübahisə yaranıb və sonda tapançadan atəş açılıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.

Mənbənin sözlərinə görə, atəş açan şəxs hadisə yerindən qaçıb, zərərçəkmiş azərbaycanlı isə xəstəxanaya aparılıb.

Ona sol bud nahiyəsindən güllə yarası, kəskin qan itkisi və 3-cü dərəcəli şok diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq zərərçəkən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Şahid ifadələrinə görə, onun boyu təxminən 180 santimetrdir, saçları qaradır, qara şalvar və sarı jilet geyinibmiş.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*