Rusiyada azərbaycanlı taksi sürücüsü yol qəzasında ölüb.
KONKRET.AZ xəbər verir ki, hadisə Moskva vilayətinin İstra şəhəri yaxınlığında qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Sənan Bayramovun idarə etdiyi avtomobil yüksək sürətlə TIR-a çırpılıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (report)