Rusiyada balıqçı gəmisi batdı: 17 nəfər itkin düşdübackend

Rusiyada balıqçı gəmisi batdı: 17 nəfər itkin düşdü

Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.

Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.

İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.

İtkin düşən balıqçıların axtarışı davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*