Rusiyada bankomatlar dollar və avro qəbulunu DAYANDIRDIbackend

Rusiyada bankomatlar dollar və avro qəbulunu DAYANDIRDI

Rusiyanın ən böyük banklarının əksəriyyətinin bankomatları dollar və avro qəbulunu dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“Rusiya Federasiyasının 13 əhəmiyyətli kredit təşkilatından 11-nin bankomatlarında xarici valyuta yatırmaq imkanı yoxdur”, – deyə nəşr yazıb.

Qeyd olunub ki, dollar və avro qəbul etməkdən imtina “Sberbank”, “VTB”, “Otkritie”, “Raiffeisenbank”, “Unicreditbank”, “Qazprombank”, “Sovcombank”, “MCB”, “RSHB”, “PSB” və “Rosbank” tərəfindən təsdiqlənib.

Beləliklə, kredit təşkilatları arasında bankomat vasitəsilə valyuta yatırmaq yalnız “Alfa-Bank” və “Tinkoff Bank”da mümkündür. Bununla belə, bütün iri banklar hələ də öz filiallarında nağd pul qəbul edirlər.

Xatırladaq ki, bir ay əvvəl Rusiya bankları dollar və avronun məzənnəsini kəskin qaldırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*