SON DƏQİQƏ: Rusiyada bərə batır – Xilasedicilər sərnişinləri təxliyə edirbackend

SON DƏQİQƏ: Rusiyada bərə batır - Xilasedicilər sərnişinləri təxliyə edir

Həştərxan vilayətinin Volodarsk rayonunda xilasedicilər batan bərənin sərnişinlərini təxliyə edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Volodarsk bölgəsində sükan idarəetməsinin uğursuz olması səbəbindən bərə Buşma çayında qəzaya düşüb”, – mesajda deyilir.

Bərədə 9 avtomobil və 18 nəfərin olduğu qeyd olunur.

Hazırda bərə ilə problemlərin aradan qaldırılması üçün işlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi hadisə yerinə 2 ədəd texnika və 4 şəxsi heyət göndərib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*