Rusiyada bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanıldıbackend

Rusiyada bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanıldı

Rusiyanın Omsk vilayətində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə polis tərəfindən saxlanılıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən 14 yaşlı qız və onun 17 yaşlı tanışı saxlanılıb. Qız öldürülən qadının qızıdır”, – mənbə vurğulayıb.

Qeyd edək ki, yanvarın 22-də səhər saatlarında Omskın Yurievka kəndində mənzildən bir ailənin 10 yaşlı əlil uşaq da daxil olmaqla zorakılıqla öldürülmüş 3 nəfərin meyiti tapılıb./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*