Rusiyada bir gündə 8946 nəfər koronavirusa yoluxdubackend

Rusiyada bir gündə 8946 nəfər koronavirusa yoluxdu

Son 24 saat ərzində Rusiyada 8946 yeni koronavirus infeksiyası hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə mayın 25-də koronavirusla mübarizə üzrə əməliyyat qərargahından bildirilib.

Yeni hallar ölkənin 83 bölgəsində, o cümlədən 3908 (43,7%) aktiv təmasda və klinik təzahürlər olmadan aşkar edilib.

Ümumilikdə, mayın 25-də ölkədə koronavirus infeksiyasının sayı 353 427  (+ 2.6%) olub.

“Rospotrebnadzor”un verdiyi məlumata görə, bütün dövr ərzində koronavirusla bağlı 8.9 milyondan çox laboratoriya tədqiqatı aparılıb.

Hazırda tibbi nəzarət altında 287 683 nəfər var.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*