Rusiyada bir nəfər 18 nəfəri öldürdüyünü etiraf etdi – Qatili Şamil adlı oğlan tutdubackend

Rusiyada bir nəfər 18 nəfəri öldürdüyünü etiraf etdi – Qatili Şamil adlı oğlan tutdu

Rusiyanın Nijni Novqorod şəhər sakini günorta çağı insanların gözü qarşısında bir nəfəri bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, qeyri-adekvat vəziyyətdə olan qatil yad bir insanla mübahisə edib, sonra bıçaqla ona ölümcül bir zərbə vurub.

Cinayətdən sonra kişi cinayət yerini tərk edib və qətl silahını belə atmayıb. Qanlı paltarda gəzməyə davam edib, amma heç kim ona əhəmiyyət verməyib.

Bu hadisədəki qəhrəman meyvə dükanının sahibi Şamil olub. O, qatili gördükdən sonra hər şeyi kameraya çəkərək onu təqib etməyə başlayıb. Bu anda dükan işçiləri polisə zəng edib.

Şamil davamlı təhdidlərə baxmayaraq kişinin ardınca gedib.

Polislərlə söhbət əsnasında cinayətkar 18 adamı öldürdüyünü bildirib. Bu məlumatın nə qədər həqiqət olduğunu hələ polis təsdiqləməyib.

Şamilin dediyinə görə, o, polis gələnə qədər təxminən 30 dəqiqə kişini izləyib. Paralel olaraq, hüquq mühafizə orqanlarına məlumat ötürən bir qız da onu izləyib.

“Mən tək qız yoldaşımla bu işin öhdəsindən gəldik” deyib Şamil.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*