Rusiyada Çin avtomobillərinin qiymətləri azaldıbackend

Rusiyada Çin avtomobillərinin qiymətləri azaldı

Rusiyada Çin avtomobillərinin qiymətləri azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə müstəqil avtomobil eksperti Dmitri Popov 360 telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, bu, bazarın həddindən artıq “doyması” ilə bağlıdır.

“Sadəcə, onların sayı durmadan artır, yeni brendlər gəlir” – deyə Popovun sözlərinə görə, ruslar indi tez-tez Çin avtomobillərində rahatlığın olmamasından şikayətlənirlər. Ekspert hesab edir ki, Çin avtomobil sənayesi haqqında tam təsəvvür əldə etmək üçün daha bir neçə il gözləmək lazımdır.

Avtomobil eksperti bildirib ki, qiymətlərin aşağı düşməsi dayanacaq. Qeyd edək ki, 2023-cü ilin ilk üç rübündə rusların Çin avtomobillərinə 1,02 trilyon rubl xərclədiyi bildirilirdi. Ümumilikdə bu müddət ərzində avtomobillərə 1,88 trilyon rubl xərclənib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*