Rusiyada daha 144 nəfər koronavirusdan öldübackend

Rusiyada daha 144 nəfər koronavirusdan öldü

Rusiyada son 24 saat ərzində 144 nəfər koronavirus infeksiyası nəticəsində həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Əməliyyat Qərargahı yayıb.

Ölümlərin çoxu Sankt-Peterburqda – 22 və Arxangelsk vilayətində – 13 qeydə alınıb.

Rusiyada koronavirus qurbanlarının ümumi sayı 14 351 nəfərə çatıb. Ölkədə pandemiya başlayandan bəri 861.423 nəfərdə Covid-19 aşkar edilib. Onlardan 661.471 nəfər sağalıb, 247.476 nəfər tibbi nəzarətdədir.

Əməliyyat qərargahından verilən məlumata görə, son bir gündə Rusiyada 5159 yeni koronavirus infeksiyası olub.

Yeni hallar ölkənin 83 bölgəsində aşkar edilib.

“Rospotrebnadzor”un verdiyi məlumata görə, bütün dövr ərzində koronavirus infeksiyası üçün 29,2 milyondan çox laboratoriya müayinəsi aparılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*