Rusiyada daha 5905 nəfərdə COVID-19 tapıldıbackend

Rusiyada daha 5905 nəfərdə COVID-19 tapıldı

Rusiyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı son gündə 5,905 nəfər artıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi infeksiya ilə mübarizə üzrə Operativ Qərargaha istinadən yayıb.

Jurnalistlərə məlumat verilib ki, bu, 20 iyuldan bəri yoluxmuş insanların maksimum sayıdır.

Gün ərzində Rusiyada koronavirus infeksiyası olan 134 nəfər ölüb. Bütün müddət ərzində bu rəqəm 19 195-dir.

31 dekabr 2019-cu il tarixində Çin səlahiyyətliləri Uhan şəhərində sətəlcəm xəstəliyinin baş verdiyini elan ediblər. Xəstəliyin törədicisi rəsmi olaraq COVID-2019 adlandırılan yeni bir koronavirus növüdür.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*