Rusiyada daha 6 852 nəfərdə koronavirus aşkarlandıbackend

Rusiyada daha 6 852 nəfərdə koronavirus aşkarlandı

Rusiyada təsdiqlənmiş koronavirus hadisələrinin sayı 6 852 artıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Moskvadakı COVID-19 ilə vəziyyətin nəzarəti və monitorinqi üzrə əməliyyat qərargahı yayıb.

COVID-19 ilə əlaqəli bütün yeni halların əksəriyyəti Moskvada (750), Moskva vilayətində (366) və Xantı-Mansi Muxtar Dairəsində (280) aşkar edilib.

Həmçinin, 24 saat ərzində ölkədə 9,2 min nəfər sağalıb və 188 ölüm hadisəsi qeydə alınıb.

Ümumilikdə bu günə qədər Rusiyanın 85 bölgəsində 627 646 hadisə müəyyən edilib.

Epidemiya başlayandan bəri ölkədə 393 352 nəfər infeksiyadan müalicə edilib, 8,969 nəfər ölüb.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*