Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, hadisə barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Seysmoloqların açıqlamasına əsasən, zəlzələnin ocağı 82,3 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən təxminən 342 kilometr məsafədə qeydə alınıb.