Rusiyada daha bir namizəd prezidentlik yarışından geri çəkildibackend

Rusiyada daha bir namizəd prezidentlik yarışından geri çəkildi

Rusiya Azadlıq və Ədalət Partiyasının prezidentliyə namizədi Andrey Boqdanov prezidentlik yarışından geri çəkilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası açıqlama verib.

Bildirilib ki, Boqdanov Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına prezident seçkilərində qeydiyyatdan keçməyə dəstək verən sənədləri və seçici imzalarını təqdim edib. Qeyd olunub ki, Boqdanov prezidentlik yarışından geri çəkilmək barədə ərizə yazıb.

Qeyd edək ki, yanvarın 30-da “Rusiya Ümumxalq Birliyi” partiyasının lideri Sergey Baburin namizədliyini geri götürdüyünü və prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb. O, Rusiya Federasiyasının prezident seçkilərində Vladimir Putini dəstəkləməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*