Rusiyada daha bir qrup azərbaycanlıya qarşı cinayət işi başa çatdıbackend

Rusiyada daha bir qrup azərbaycanlıya qarşı cinayət işi başa çatdı

Bu gün Rusiya mediası Moskva şəhərində “cinayətkar qrupun” üzvlərinə qarşı məhkəmə prosesinin başa çatdığını yazıb. Məlumata görə, məhkəmə qarşısına çıxarılanlar Rusiya vətəndaşı olan azərbaycanlılardır.

KONKRET.az xəbər verir ki, onlar xarici vətəndaşlar üçün saxta patent və miqrasiya kartlarının hazırlanmasında ittiham olunublar. Həmin sənədlərlə miqrantlar ölkədə qanunsuz olaraq 90 günə qədər qala bilirmiş.

İstintaqın versiyasına əsasən, qrup 1000-dən çox şəxsin qanunsuz leqallaşmasına yardım edib və bu yolla ən azı 2 milyon rubl qazanc əldə olunub.

Moskva məhkəməsi təqsirləndirilən şəxsləri günahkar sayaraq, onları 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*