Kursk və Bryansk vilayətlərində baş vermiş qatar qəzaları ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məruzələr edilib.
KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya Prezidenti Vladimir Putin gecə boyu FTX və Fövqəladə Hallar Nazirliyindən Kursk və Bryansk vilayətlərində qatarların başına gələnlərlə bağlı məlumat alıb”, – Peskov bildirib.
Qeyd edək ki, bu gün gecə saatlarında Rusiyanın Bryansk vilayətində körpünün partlaması nəticəsində 388 sərnişinin olduğu qatar qəzaya uğrayıb. Qəza nəticəsində 7 nəfər ölüb, 70-ə yaxşın şəxs yaralanıb.
Kursk vilayətində də yük qatarının keçdiyi körpünün uçması nəticəsində qəza baş verib.