Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrindən olan və Rusiyada təhsil alan hərbi qulluqçuları miqrasiya prosedurlarının bir hissəsindən azad edən fərman imzalayıb.
KONKRET.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, sənəd Rusiya Federasiyasının hüquqi aktlarının rəsmi portalında dərc olunub.
Fərmana əsasən, Rusiyada təhsil alan MDB ölkələrinin hərbi qulluqçuları və onların ailə üzvləri 2027-ci il dekabrın 31-dək ölkədə məcburi dövlət daktiloskopik qeydiyyatı (barmaq izlərinin verilməsi), fotoqrafiya və tibbi müayinə prosedurları keçmədən qala bilərlər.
Qeyd olunur ki, qərar “strateji tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə” qəbul olunub.
Fərmanın icrasına Rusiya Daxili İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi birgə nəzarət edəcək.