Rusiyanın Perm şəhərində miqrantların iştirakı ilə etiraz aksiyası və iğtişaşlar baş verib.
KONKRET.az xəbər verir ki, hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, insident şəhərin “Novıy Krım” adlı yaşayış massivində, barıt zavodunda çalışan xarici vətəndaşlar arasında başlayıb. Əraziyə təkcə hüquq-mühafizə orqanlarının əməkdaşları deyil, həm də ictimai fəalların nümayəndələri gəlib.
Yayılan videogörüntülərdə yol boyunca düzülmüş polis avtomobilləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarının insanlarla danışdığı kadrlar əks olunur.
Hadisə nəticəsində polis tərəfindən çoxsaylı miqrant saxlanılıb. Rəsmi qurumlar bildiriblər ki, saxlanılan şəxslər arasında miqrasiya qanunvericiliyini pozanlar aşkar olunduğu halda, onların ölkədən deportasiyası həyata keçiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az