Kamçatkada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ 60 km dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 128 km aralıda yerləşib.
Hadisə nəticəsində hər hansı dağıntının qeydə alınmadığı bildirilir.