Rusiyanın Buryatiya Respublikasında “Mi-8” helikopteri qəzaya uğrayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:
“Mi-8″ Baykal hava limanına enərkən qəzaya uğrayıb və alovlanıb. Helikopterdə üç nəfərdən ibarət ekipaj olub. İlkin məlumata görə, ölənlər var”.
Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğın söndürülür.
İqbal Rzayev,
KONKRET.az