Rusiyanın İrkutsk vilayətində “Su-30” hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.
Məlumata görə, sakinlər arasında itki yoxdur.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində “Su-30” hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb. Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb
14:59
Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb
KONKRET.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hərbi təyyarə İrkutskda ikimərtəbəli evin üzərinə düşüb.
Təyyarənin Su-30 qırıcısı olduğu bildirilir.
Ölü və yaralılar haqda məlumat verilməyib.