Rusiyada Putinin qızına koronavirus peyvəndi vurulub? – Kremlin sahibi açıqladıbackend

Rusiyada Putinin qızına koronavirus peyvəndi vurulub? – Kremlin sahibi açıqladı

Rusiya prezidenti Vladimir Putin qızlarından birinin koronavirusa qarşı iki peyvəndi necə aldığını söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Bu mənada eksperimentdə iştirak etdi”, – Putin hökumət üzvləri ilə görüşdə söyləyib.

Putin ilk peyvənddən sonra qızının yüksək temperaturu olduğunu etiraf edib: “Əvvəlcə 38 dərəcə idi, ertəsi gün  37 dərəcəyə endi”.

İkinci koronavirus peyvəndindən sonra da onun qızdırmasının qalxdığını deyib:

“Ancaq sonra hər şey keçib getdi və özünü yaxşı hiss etdi”.

Rusiya lideri peyvənddən sonra qızının yüksək antikor titrlərinə sahib olduğunu da əlavə edib.

Avqustun 11-də Putin dünyada ilk koronavirus peyvəndinin Rusiyada qeydiyyata alındığını elan edib.

Onun sözlərinə görə, peyvənd bütün lazımi yoxlamalardan keçib, kifayət qədər səmərəli işləyir, stabil toxunulmazlıq yaradır. Rus koronavirus peyvəndi 1 yanvar 2021-ci ildə mülki dövriyyəyə girəcək.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*