Rusiya müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan ordu generalı Pavel Popov 19 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, sabiq nazir müavini cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.
Xəbərdə bildirilir ki, Popov korrupsiya ilə əlaqəli bir neçə cinayətdə, xüsusilə külli miqdarda rüşvət almaqda və vəzifə cinayətləri törətməkdə ittiham olunub. O, bütün ittihamlar üzrə təqsirli bilinib, 85 milyon rubl cərimələnib, yeddi il müddətinə dövlət vəzifələrində çalışmaqdan məhrum edilib. Popovun ordu generalı hərbi rütbəsi də geri alınıb.
Səhhəti ilə əlaqədar 69 yaşlı sabiq nazir müavini məhkəmə zalına gətirilməyib. O, hökmü videokonfrans vasitəsilə məhkəməyəqədər təcridxanadan dinləyib./Oxu.az
