Rusiyada koronavirus qurbanlarının sayı 119 nəfər artdıbackend

Rusiyada koronavirus qurbanlarının sayı 119 nəfər artdı

Ötən gün ərzində Rusiyada daha 119 nəfər koronavirus infeksiyasından ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı COVİD-19 ilə vəziyyət üzrə Operativ Qərargah yayıb.

Mənbə bildirir ki, ən çox ölüm Sankt-Peterburqda (23) və Moskvada (12) aşkar edilib.

Rusiyada virusdan ölənlərin ümumi sayı 18.484-ə çatıb.

Pandemiyanın başlanğıcından bəri ölkədə 1 057 362 koronavirus infeksiyası hadisəsi qeydə alınıb.

Bunlardan 873 535 nəfər sağalıb, 210,2 mindən çox xəstə həkim nəzarətindədir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*